Yaxşı bir yuxu üçün düzgün mebel seçimi çox vacibdir. Yataq otağının əsas görünüşünü çarpayı, şkaf və komod müəyyənləşdirir; bu üç elementi düzgün yerləşdirməklə otağı həm sakit, həm də funksional edə bilərsiniz. Çarpayının ölçüsü otağın sahəsindən asılı olmalıdır. Çarpayının hər tərəfində ən azı 60 sm keçid yolu qalmalıdır. Əks halda otaq sıx görünəcək və şkafın qapıları rahat açılmayacaq. Ortonedik bazalı modellər bel və boyun sağlamlığı üçün daha uyğundur. Yastığın sərtliyi insanın çəkisi ilə uyğunlaşmalıdır: yan yatmağı sevənlər üçün yumşaq, arxası üstə yatanlar üçün orta sərtlik tövsiyə olunur. Şkafı seçərkən yalnız xarici görünüşə baxmayın. Sürüşən qapılar dar otaqlarda yer qazandırır, açılan qapılar isə hər paltarın görünməsini təmin edir. Daxili işıqlandırma səhər hazırlaşmağı xeyli asanlaşdırır. Yataq otağında işıq və rəng sakitlik yaratmalıdır. İsti bej, boz və zeytun tonları dincəlməyə kömək edir. Furqan Mebel mağazalarında çarpayı, şkaf və komod dəstlərini yerində sınaqdan keçirə, ölçüyə uyğun fərdi sifariş verə bilərsiniz.
Ana səhifə · Kataloq · Bloq · Əlaqə