Ev üçün ən uyğun divan necə seçilməlidir?

Rahatlıq, funksionallıq və estetik görünüş – divan seçərkən nəzərə alınmalı əsas amillər haqqında. Divan evdə ən çox oturulan mebel parçasıdır, ona görə seçim diqqət tələb edir. Ölçüdən başlayın. Oturacaq dərinliyi 55–60 sm olan modellər oturmaq üçün, 75 sm-dən dərin modellər isə uzanmaq üçün uyğundur. Qonaq otağının ölçüsünə ən azı 30{bef3c354f84f6a8da4ada6246ab7567acdbef3426de7bc92738c5293969d8eda} boş yer buraxın. Parça seçimi gündəlik həyatı təyin edir. Uşaqlı və ya ev heyvanı olan ailələr üçün sukeçirməyən, ləkə tutmayan nano örtüklü parçalar tövsiyə olunur. Şenil parça isti görünüş, kerlit isə davamlılıq verir. Karkasın materialı uzunömürlülüyü müəyyənləşdirir. Fıstıq və palıd karkaslar fırlanmaya daha davamlıdır. Bazada 32 DNS sıxlıqlı ortopedik qubka olması 3–5 il sonra da formanın saxlanmasına kömək edir. Büdcəni planlayarkən çatdırılma və quraşdırmanı da nəzərə alın. Furqan Mebel-də 500 ₼-dən yuxarı sifarişlərə çatdırılma və quraşdırma pulsuzdur, bütün divanlara isə 1 il rəsmi zavod zəmanəti verilir.

Ana səhifə · Kataloq · Bloq · Əlaqə